• cümə, 26 Aprel, 23:44
  • Baku Bakı 22°C

Koronavirusa görə 131 ölkə Cənubi Koreya ilə gediş-gəlişə məhdudiyyət tətbiq edib

15.03.20 09:00 1046
Koronavirusa görə 131 ölkə Cənubi Koreya ilə gediş-gəlişə məhdudiyyət tətbiq edib
Yeni tip koronavirusun (COVID-19) ən çox yayıldığı ölkələrdən olan Cənubi Koreya vətəndaşlarının girişinə məhdudiyyət və qadağalar tətbiq edən dövlətlərin sayı 131-ə çatıb.
AZƏRTACCənubi Koreyanın Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, 57 dövlət və ərazi vahidi koreyalıların və son 2 həftə ərzində Cənubi Koreyada olanların ölkəyə girişinə qadağa qoyub. Altı ölkə Cənubi Koreyada koronavirusun ən çox yayıldığı Dequ şəhərinə və Şimali Qyonqsanq vilayətinə səfər edənlərin ölkəyə girişinə qadağa tətbiq edir. Çin də daxil olmaqla 17 dövlət Cənubi Koreyadan gələnlərin 14 gün məcburi karantində qalmasını tələb edir.
Bəzi ölkələr Cənubi Koreya vətəndaşları üçün sadələşdirilmiş viza rejimini müvəqqəti dayandırıb. ABŞ, Fransa, Niderland və Avstriya daxil olmaqla 20-dən çox dövlət öz vətəndaşlarına Cənubi Koreyaya səyahəti planlaşdırarkən riskləri nəzərə almaq barədə xəbərdarlıq edib.
Qeyd edək ki, son məlumata əsasən, Cənubi Koreyada koronavirusa yoluxanların sayı 8 min 086 nəfərə çatıb. Ölənlərin sayı isə 72-dir. Cənubi Koreya virusa yoluxanların sayına görə Çin, İtaliya və İrandan sonra dördüncüdür.

banner

Oxşar Xəbərlər