• çərşənbə axşamı, 16 aprel, 23:42
  • Baku Bakı 18°C

Koronavirus peyvəndinin 18 aydan tez hazırlanması ağlabatan deyil

16.05.20 17:36 459
Koronavirus peyvəndinin 18 aydan tez hazırlanması ağlabatan deyil
Koronavirus əleyhinə vaksin təxminən 18 aydan sonra ərsəyə gələcək və onu tez hazırlamağın mümkünlüyü barədə fikirlər hələlik inandırıcı görünmür.
AZƏRTACxəbər verir ki, bu barədə proqnozu Fransanın Ali Təhsil və Elmi Tədqiqatlar naziri Frederik Vidal Europe 1 radiostansiyasının efirində səsləndirib.
"Laboratoriyaların əməkdaşlarının və alimlərin sözlərinə görə, klinik sınaqlarda müşahidə edilən sürətli temp koronavirusa qarşı peyvəndin 18 aya qədər əldə ediləcəyinə ümidləri artırır. Bunu sürətləndirmək imkanımızın olduğunu düşünmək ağlabatan deyil”, - deyə Frederik Vidal bildirib.
Bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp COVID-19 əleyhinə vaksinin ilin sonunadək əldə olunacağına ümidini ifadə etmişdi.
Son aylar ABŞ, Avstraliya, Çin və bir sıra digər ölkələrdən olan alimlər koronavirusa qarşı müxtəlif tip vaksinlərin sınaqlarına başlandığı barədə məlumatlar yayıb. Onların sözlərinə görə, sınaqların bir hissəsi heyvanlar, digər hissəsi isə könüllülər üzərində aparılır. Vaksin testlərinin metodikası dəyişməsə, ilk nəticələrin təxminən yarım ildən sonra məlum olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər