• çərşənbə, 29 May, 03:24
  • Baku Bakı 20°C

Koronavirus genomun strukturunda dəyişikliklərə səbəb olur

28.03.23 09:15 500
Koronavirus genomun strukturunda dəyişikliklərə səbəb olur

“SARS-CoV-2-yə yoluxmuş insanların hüceyrələrində genomun strukturunda dəyişikliklər baş verə bilər”.

Bu barədə Texas Universitetinin alimlərinin “Nature Microbiology” jurnalında dərc olunan elmi məqaləsində bildirilib.

Onların sözlərinə görə, bu dəyişikliklər immun sisteminin funksiyasının pozulmasına və uzunmüddətli simptomlarla nəticələnə bilər. Mütəxəssislər əlavə edib ki, insan hüceyrələri koronavirusa yoluxduqdan sonra virus, genomun A və B adlanan məkan kompartmentlərinin qarışmasına təşviq edir.
“Öz növbəsində, xromatin (hüceyrə nüvəsində genetik materialın saxlandığı struktur) disorqanizasiyası yoluxmuş hüceyrələrdə bəzi əsas genlərdə dəyişikliklərə səbəb ola bilər. Xüsusilə də, əsas iltihab geni - interleykin-6-da. Məhz bu gen koronavirusun ağır forması olan xəstələrdə “sitokin fırtınası”na səbəb ola bilər”, - deyə alimlər qeyd ediblər.

banner

Oxşar Xəbərlər