• cümə, 29 Mart, 13:28
  • Baku Bakı 14°C

Konstitusiya Məhkəməsində Ombudsmanın mirasda məcburi pay anlayışının şərh edilməsinə dair sorğusuna baxılacaq

09.01.21 12:15 352
Konstitusiya Məhkəməsində Ombudsmanın mirasda məcburi pay anlayışının şərh edilməsinə dair sorğusuna baxılacaq

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindənAPA-ya verilən xəbərə görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.
Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 2-nə təyin edilmiş iclasında baxılacaq.
www.facebook.com
Learn more
Qeyd edək ki, Mülki Məcəllənin 1193-cü maddəsi (mirasda məcburi pay anlayışı) aşağıdakı kimidir:
"Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir”.
banner

Oxşar Xəbərlər