• cümə, 19 Aprel, 19:09
  • Baku Bakı 24°C

Konfederasiyanın prezidenti: Minlərlə sahibkarın borcu silinib

14.06.19 12:53 511
Konfederasiyanın prezidenti: Minlərlə sahibkarın borcu silinib
Vergi amnistiyası haqqında qanunun tətbiqi ilə minlərlə sahibkarın faiz və maliyyə sanksiyasına görə hesablanmış borcu silinib.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib. O bildirib ki, Azərbaycan Sahibkarlar Konfederasiyası Vergilər Nazirliyi ilə də sıx əməkdaşlıq edir. Konfederasiya sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, orta və kiçik sahibkarlığın inkişaf etdirilməsinə yönəlmiş vergi qanunvericiliyinə dair təkliflər irəli sürür:"Bu gün Azərbaycan sahibkarları dövlət tərəfindən bir çox vergi güzəştləri ilə əhatə olunublar. Vergi amnistiyası haqqında qanunun tətbiqi ilə minlərlə sahibkarın faiz və maliyyə sanksiyasına görə hesablanmış borcu silinib. Hazırda Azərbaycan Respublikası Vergi Məcəlləsində 104 azadolma və 25 güzəşt növü mövcuddur. Bununla bərabər, xarici dövlətlərlə aparılan əməliyyatlarda ikiqat vergitutma da aradan qaldırılıb".
banner

Oxşar Xəbərlər