• cümə axşamı, 26 dekabr, 17:40
  • Baku Bakı 10°C

Kondisionerdən uzun müddət istifadə müxtəlif xəstəliklərə səbəb ola bilər

12.07.21 17:30 354
Kondisionerdən uzun müddət istifadə müxtəlif xəstəliklərə səbəb ola bilər
Havalar isti keçəndə kondisionerə tələbat artır. İşdə, evdə, avtomobildə, demək olar ki, hər yerdə kondisioner var. Düzdür, kondisionerlər sərinlik bəxş edir, amma bu cihazın havasının orqanizmə ziyanı da az deyil. İstidən soyuğa, soyuqdan istiyə hava dəyişməsi müxtəlif problemlər yarada bilər.
Mərkəzi Gömrük Hospitalının həkim-kardioloqu Günay MəmmədovaAZƏRTAC-a deyib: "İsti və soyuq hava cərəyanının bir-birini əvəz etməsi ürək-damar xəstəliyi olanlar üçün ziyandır. İsti havadan soyuğa keçəndə damarlarda kəskin spastik sindrom aşkarlanır. Buna görə də yay aylarında bu məqama xüsusi diqqət yetirmək lazımdır. Otağın temperaturu yayda 22 dərəcəyədək nizamlanmalıdır”.
Kondisionerlərin temperaturunu düzgün tənzimləməklə yanaşı, cihazın olduğu otaq mütəmadi olaraq havalandırılmalıdır. Ondan uzunmüddətli istifadə müxtəlif bakterial xəstəliklərə, dəri problemlərinə, baş və əzələ ağrısına səbəb olur.
Əsas məqamlardan biri də kondisionerin təmizliyidir, çünki filtrdə yığılan mikrob və bakteriyalar havaya qarışaraq infeksiyalar yaradır. Nəfəs yolunun infeksiyası legioner xəstəliyi və astma kimi allergik reaksiyaların artması ilə nəticələnir. Həmin bakteriyalar da ağciyərlərdə xəstəliyə səbəb ola bilər.
banner

Oxşar Xəbərlər