AZE | RUS | ENG |

Komitə sədri: Müəyyən imtiyazlar nəzərdə tutulmalıdır

Komitə sədri: Müəyyən imtiyazlar nəzərdə tutulmalıdır
"Nəşriyyat işi haqqında” qanunda əsaslı dəyişikliklər edilməlidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov komitənin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, nəşriyyat işinin təşkili ilə bağlı qaydalar sovet dövründə olduğu kimidir. O zaman nəşriyyatlar mərkəzləşdirilmiş qaydada idarə olunduğu halda, indi nəşriyyatların sərbəstləşmə imkanları çoxalıb.

Komitə sədri əlavə edib ki, Prezidentin bu yaxınlarda verdiyi sərəncama uyğun olaraq, "Kitabxana işi haqqında” qanun layihəsində müəyyən dəyişikliklərin edilməsinə ehtiyac var: "Kitabxana yalnız keçmişdə olduğu kimi yalnız kitabların oxunduğu, evə kitabların aparıldığı bir məkan olmalı deyil. Azərbaycanda Mədəniyyət Nazirliyinin tabeliyində təqribən 3000 kitabxana var. Ayrı-ayrı dövlət qurumlarının da tabeliyində kitabxanalar var. Yeni sərəncam insanların mütaliə imkanlarını xeyli genişləndirəcək. Ona görə də qanun layihəsi buna uyğun dəyişdiriləcək”.

R.Hüseynov qeyd edib ki, "Kinematoqrafiya haqqında” qanunun işlək olması üçün orada müəyyən güzəştlər, imtiyazlar nəzərdə tutulmalıdır: "O imtiyazlar olmasa, kinematoqrafiyanın inkişafında ciddi problemlər olacaq. Əgər biz Azərbaycan kinosunda sıçrayışın olmasını istəyiriksə, imtiyazların və güzəştlərin nəzərə alınması vacibdir. Bizim müraciətlər nəzərə alınarsa, bununla bağlı təklifləri plenar iclasa təqdim edəcəyik”.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056