AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Koje Şporli:

Koje Şporli: "27 sentyabr – Azərbaycan üçün xüsusi gündür"

Cəmiyyət
27 Sentyabr 2021, 10:09 90

"Bakıya gəldikdə anladım ki, 27 sentyabr – Azərbaycan üçün xüsusi günüdür. Belə bir gündə burada olmaq bizim üçün xüsusilə maraqlıdır”.

"Report” xəbər verir ki, bunu jurnalistlərə "Extreme Travelers International Congress” (ETIC) təşkilatının rəhbəri Koje Şporli bildirib.

"Xalqınızın bu torpaqlarda keçirdiyi emosiyaları hiss edirik”, - bir qrup tanınmış turistlərlə Füzuli Beynəlxalq Hava Limanına səfər etmiş ETIC rəhbəri deyib.

O, Qarabağa səfər etmiş ilk turist qrupu olmağın qürur hissi doğurduğunu söyləyib: "Ümid edirik ki, regionun dinc yolla inkişafına öz töhfəmizi verəcəyik. Bu, çox vacibdir”.

Xatırladaq ki, bu gün Azərbaycanda Anım Günü qeyd olunur. Ermənistan Silahlı Qüvvələrinin hərbi təxribatlarının və hərbi fəallığının qarşısının alınması, həmçinin mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun 2020-ci il sentyabrın 27-də bütün cəbhə boyu əks-hücum əməliyyatına başlamasından 1 il ötür.