“Kloppun ən mənfi cəhəti odur ki, “Liverpul”da işləyir”

“Kloppun ən mənfi cəhəti odur ki, “Liverpul”da işləyir”

İdman
17 İyul 2019, 13:30 20962
"Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runi "Liverpul”un baş məşqçisi Yurgen Klopp barədə danışıb. 
 
Kaspi.az xəbər verir ki, hazırda "Di Ci Yunayted2Də çıxış edən Runi Kloppun məşqçilik bacarığını yüksək qiymətləndirib. Ancaq o, Kloppun mənfi cəhətindən də danışıb? 
 
"Yurgen o məşqçilərdəndir ki, onun rəhbərliyi altında hər bir futbolçu oynamaq istərdi. Onunla bir dəfə söhbət etmişəm. Deməliyəm ki, Klopp əla insandır. 
 
Hiss olunur ki, hər bir futbolçu onunla işləməkdən zövq alır. Ona böyük hörmət bəsləyirəm və hesab edirəm ki, hələ karyerasının ən uğurlu illəri öndədir. 
 
Mənfi cəhəti? Əlbəttə, var. Kloppun ən mənfi cəhəti odur ki, "Liverpul”da işləyir və uğur qazanır”.