• cümə, 19 Aprel, 22:03
  • Baku Bakı 24°C

Kloppdan inciyib, getmək istəyir

22.04.20 12:00 565
Kloppdan inciyib, getmək istəyir
"Liverpul”dakı "qorxulu üçlük” – Salah-Mane-Firmino hücum xətti bu yay dağıla bilər.
Kaspi.az xəbər verir ki, Sadio Manenin "Liverpul”u tərk etmək istədiyi ilə bağlı məlumat yayılıb. Məlumata görə, Sadio ilə "Liverpul”un baş məşqçisi Yurgen Klopp arasında fikir ayrılığı var.
İddia olunur ki, Kloppun "Qızıl top” uğrunda mübarizdə Vircil van Deykə dəstək verməsi Maneni narazı salıb. Klopp belə demişdi:
"Əgər ötən mövsümü götürsək, Vircildən daha yaxşı oyun göstərən futbolçu tanımıram. "Qızıl top”u onun qazanması daha ədalətli olardı”.
Kloppun bu fikirləri Maneni narazı salıb. Elə buna görə də, futbolçunun küsdüyü və "Liverpul” tərk etmək istəyində olduğu bildirilir.
Qeyd edək ki, Mane də həmin mövsüm əla oyun göstərmişdi. O, "Qızıl top”un səsverməsində 4-cü yeri tutmuşdu. Onun "Liverpul”la müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub. Futbolçu ilə "Real” ciddi maraqlanır.
banner

Oxşar Xəbərlər