AZE | RUS | ENG |

Kiyevin Moskva ilə “qaz müharibəsi”ndə barışıq gözləntiləri

Kiyevin Moskva ilə “qaz müharibəsi”ndə barışıq gözləntiləri
“Qazprom” qazın birbaşa nəqli ilə bağlı danışıqlara başlamağı təklif edib, Ukrayna isə buna hazır deyil

Ukrayna ilə Rusiya arasında "qaz savaşı” səngimir. İki ölkə arasında qaz ixracı məsələsində yayılan xəbərlər gündəmi tutub. Bildirilir ki, "Qazprom”un rəhbəri Aleksey Miller ukraynalı müxalif siyasətçi Viktor Medvedçukla görüşdə Ukraynaya qazın birbaşa nəqli ilə bağlı danışıqlara başlamağı təklif edib. Özü də ən aşağı qiymətlə. "Biz əvvəldən müzakirə etdiyimiz qiymət üzərində dayanırıq. Kiyevin revers üzrə aldığı qazın qiymətindən 25 faiz də ucuz sata bilərik”, - deyə Miller bəyan edib. Lakin hakimiyyət orqanları Ukraynaya təqdim olunan bu "səxavət”dən yapışmaq istəməyiblər. Məlumat üçün bildirək ki, hazırda "Naftoqaz” "Avropa” qazını almaqda davam edir. Xatırladaq ki, bu sxem Petro Poroşenkonun iradəsi ilə 2015-ci ilin noyabrında ortaya çıxıb. Bu da onunla izah olunurdu ki, ölkənin Rusiyanın "qaz iynəsindən” çıxması zəruridir. Hesab edirdilər ki, işğalçıdan strateji xammalı almaq düzgün deyil. "Rosbalt”a açıqlamasında Ukrayna analitik mərkəzinin rəhbəri Aleksandr Oxrimenko hesab edir ki, hazırkı mərhələdə Rusiyadan qaz alınması məsələsi birbaşa olaraq siyasi kapitulyasiyadır. Təbii ki, iqtisadi nöqteyi-nəzərdən qazı birbaşa "Qazprom”dan almaq sərf edir. Lakin o zaman Ukraynanın "işğalçıya qarşı müqavimət” göstərdiyi haqqında mif dağılmış olacaq. Bundan əlavə, Kiyevdə ehtiyat edirlər ki, təqdim olunan qiymət güzəşti siyasi şərtlərlə əsaslandırılmış olacaq – məsələn, Minski razılaşmasının bütün bəndlərinin yerinə yetirilməsi. Zelenski isə buna hazır deyil. Bu səbəbdən də Oxrimenko hesab edir ki, Rusiya ilə Ukrayna arasındakı qaz danışıqları böyük ehtimalla nəticəsiz qalacaq.
Öz növbəsində Ukrayna analiz və menecment siyasəti İnstitutunun eksperti Danil Boqatırev diqqəti ona yönəldir ki, Rusiya tərəfindən Ukrayna hökumətinə qazın qiymətinin aşağı salınması ilə bağlı güzəşt təklifi rəsmən daxil olmayıb. "Bu sadəcə şəxsən Aleksey Miller tərəfindən Viktor Medvedçuka təklif olunub. O da yalnız Ali Radada müxalifət partiyasının fraksiya rəhbəridir. Mənim nöqteyi-nəzərimcə, güzəştlə bağlı məsələ sadəcə Medvedçukun piar kampaniyasıdır. O, bununla daxili siyasi hədəflərə çatmağı qarşıya məqsəd qoyub. Moskva bu piara razılıq verir, gözəl anlayır ki, danışıqlar real olaraq qazın qiymətinin aşağı salınmasına gətirib çıxara bilməz”, - deyə Boqatıryev bildirib. O ki qaldı qazın real satışına, onun qiyməti barədə Rusiyanın Ukrayna ilə yeni qaz müqaviləsini imzaladıqdan sonra mühakimə yürütmək olar.
Xatırladaq ki, Stokholm arbitraj məhkəməsinin qərarına görə, "Qazprom” "Naftoqaz Ukrayna”ya qazın həcmini azaltdığına görə, 2,56 mlrd. dollar ödəməlidir. Lakin bu vəsait Ukrayna qaz monopolistinə az gəldiyindən yanvar ayında arbitraj məhkəməsi qarşısında növbəti iddia qaldırıb. Bu dəfə isə Rusiya şirkətindən 12 mlrd. dollar tələb edilir. Şirkət yalnız bir şərtlə iddiasından geri çəkilmək fikrindədir. Bu şərtə görə Ukrayna ilə növbəti uzunmüddətli sazişin imzalanmalıdır. Bununla belə 2,56 mlrd. dollarlıq təzminat qüvvədə qalır. Mavi yanacağın tranziti məsələsi dünən Brüsseldə başlayan Ukrayna, Rusiya və Avropa İttifaqı nümayəndələri arasındakı görüşdə də əsas müzakirə mövzusu olub. "Qazprom” hələ ki, dekabrın 31-də başa çatacaq müqaviləni bir illiyinə uzatmağa çalışır. "Naftoqaz” və Avropa Komissiyası yeni müqavilənin 10 illiyinə imzalanmasında israr edir. Avropa Komissiyası sədrinin müavini Maroş Şefçoviçin sözlərinə görə, uzunmüddətli müqavilə Rusiya və Ukraynadan təminatçı və tranzitçi kimi təminat almaq üçün zəruridir. Onun qənaətincə, tranzitin həcmi ildə minimum 60 mlrd. kub metr təşkil etməlidir.
Ekspertlər bildirir ki, bütövlükdə vəziyyət Böyük Britaniyanın Avropa İttifaqından ayrılmasından sonrakı vəziyyəti xatırladır: qarşılıqlı tələblər və bir-birinə etimadsızlıqla bağlı uzanan dialoq.
Öz növbəsində Ukrayna baş naziri Aleksey Qonçarçuk proqnoz edir ki, Rusiya ilə qaz danışıqları mürəkkəb olacaq. Baş nazir hesab edir ki, Ukrayna artıq buna hazırdır. Onun sözlərinə görə, "Naftoqaz NAK” rəhbərliyi ilə dünən müvafiq danışıqlar aparıb və əmin olub ki, dövlət qışa yaxşı hazırlaşıb: "Əlbətdə, qarşıda bizi Rusiya ilə çətin danışıqlar gözləyir”.
"Naftoqaz”ın indiki rəhbərliyi başda Kobelev olmaqla "Qazprom”la yeni qaz müqaviləsinin imzalanması məsələsində qapalı dairəyə düşüb. Kobalevin bu fəaliyyəti prezident Vladimir Zelenskinin Rusiya ilə münaqişəli məsələlərin həlli kimi qlobal siyasi planının reallaşmasında ciddi maneə ola bilər. Zelenskinin əsas amalı işğal altında olan əraziləri (Donetsk, Donbas) geri qaytarmaqdır. Bu səbəbdən də qaz danışıqlarının siyasi hissəsi bu gün həqiqətən də birinci plana keçir. Bu o demək deyil ki, qazın tranziti ilə bağlı danışıqlar siyasi məna kəsb edəcək. Lakin qaz kompromisi Aİ və Normand prosesinin iştirakçıları üçün Zelenskinin Ukrayna və Rusiya arasında münaqişəni həllində səmimi istəyinin olacağını göstərmiş olacaq. Lakin Ukrayna baş nazirinin də etiraf etdiyi kimi, bunu reallaşdırmaq çətin olacaq. Axı son illər ərzində Naftoqaz şirkətin bölünməsi (anbandlinq) həyata keçirilib. De-yure yeni nəqliyyat müqaviləsinin imzalanması ilə bağlı şirkət yaradılıb, lakin de-fakto qaz nəqliyyat sisteminin bir obyekti belə ona verilməyib. Nəticədə də odur ki, yeni şirkətin "Qazprom”la danışıqlara getmək üçün əldə heç nə yoxdur. Hər halda, müqavilənin imzalanmasına qədərki üç ay ərzində Avropa Komissiyası və "Qazprom” belə bir qənaətə gəliblər.
 
Azər

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873