AZE | RUS | ENG |

Kiyevdə keçirilən festivalda soydaşlarımız da təmsil olunub

Kiyevdə keçirilən festivalda soydaşlarımız da təmsil olunub
Ukraynanın paytaxtı Kiyev şəhərində dövlət müstəqilliyinin yaranmasının 28-ci ildönümü münasibətilə "Etnik çələngi” adlı festival keçirilib.
 
AZƏRTAC xəbər verir ki, festivalda Azərbaycanın milli musiqisi və milli geyimi təbliğ olunub. Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti, soydaşımız Qurban Abbasov və müğənni Natalya Kudryaşovanın rəngarəng çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
 
Azərbaycan bəstəkarlarının mahnılarının Ukrayna dilində səsləndirilməsi, Azərbaycanın milli rəqs nömrələri festivala əlavə rəng qatıb. Festivalda uşaqlar üçün xüsusi yarışmalar da təşkil olunub.
 
Daha sonra festival Ukraynada yaşayan digər etnik xalqların konserti ilə davam edib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8722
GEL 1 1 Gürcüstan larisi 0.5762
GBP 1 1 İngiltərə funt sterlinqi 2.111
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.5927
TRY 1 1 Türkiyə lirəsi 0.2967