• çərşənbə axşamı, 16 aprel, 10:37
  • Baku Bakı 14°C

KİV: “Vardanyana regionda sülh lazım deyil"

30.01.23 17:25 607
KİV: “Vardanyana regionda sülh lazım deyil"

“Qarabağda yaşayan dinc erməni əhalisi başa düşməlidir ki, bölgəyə göndərilən Vardanyana bu torpaqda sülh lazım deyil”.

"Report" Avropanın "Politico" dərgisinə istinadən xəbər verir ki, o, Qarabağa köçməzdən əvvəl bu bölgəyə xüsusi maraq göstərməyib.

Sonradan Rusiya vətəndaşlığından imtina edən bu rusiyalı milyarder-oliqarx təbiət etibarilə opportunist olduğu üçün burada qazanc fürsəti görüb. Belə ki, fəaliyyət göstərməyən iki qızıl mədəni məhz onun gəlişindən cəmi bir neçə həftə sonra yenidən açılıb.

"Həqiqətən də, Vardanyan qeyri-adi vaxtda bura gəldi. Onun gəlişi Qarabağ separatçılarının öz gələcəklərini Azərbaycanın daxilində hüquqları qorunan azlıq kimi qəbul etməyə hazır olduqları ilə bağlı siqnallar daxil olan vaxtla üst-üstə düşdü. Amma Vardanyanın liderliyi ələ alması ilə onlar hazırda obstruksiya mövqeyinə malikdirlər. Belə ki, oliqarxın və İrəvandakı hökumətin mövqeləri açıq-aşkar bir-birinə ziddir”, - nəşr qeyd edir.

Məqaləyə görə, Vardanyanın Qarabağın erməni icmasının ictimai rəyini sülh bağlanmasına qarşı yönəldəcəyi ilə bağlı narahatlıqlar var ki, bu da həm rəsmi Bakının, həm də İrəvanın maraqlarına qəti cavab vermir.

Lakin azərbaycanlı ekofəalların ətraf mühitin çirklənməsinə və Qarabağdakı Azərbaycan yataqlarının vəhşicəsinə istismarına qarşı Laçın yolunda etiraz aksiyaları yenicə başladığı zaman mətbuata etdiyi müraciətində Vardanyan öz liderliyini məmnunluq hissilə qabartmağa çalışırdı. Vəziyyət uzandıqca o, belə kritik bir zamanda Qarabağda qalmasının məqsəd və motivlərini, habelə Rusiya sülhməramlılarının vəziyyətə nəzarət edə bilməməsini getdikcə daha çox müdafiə etməyə məcbur olur.

Bütün bunlar minaların, silah-sursatın və podratçıların Azərbaycanın qanuni sərhədləri daxilində sərbəst hərəkəti riskini artırır və yeni silahlı münaqişə üçün zəmin yaradır.

banner

Oxşar Xəbərlər