• cümə, 26 Aprel, 21:58
  • Baku Bakı 22°C

KİV: "Moskvada Azərbaycan və Ermənistan arasında 2 sənəd imzalanacaq"

23.10.21 12:08 205
KİV: "Moskvada Azərbaycan və Ermənistan arasında 2 sənəd imzalanacaq"
Noyabrın 9-da Moskvada Azərbaycan və Ermənistan arasında 2 yeni sənəd imzalanacaq.
"Report” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı diplomatik mənbələrəistinadən məlumat yayıb.
"Gözlənilir ki, son anda forsmajor hal baş verməzsə, sənədləri Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayacaqlar”, - xəbərdə vurğulanıb.
Sənədlərdən biri Azərbaycan və Ermənistanın dövlət sərhədlərinin delimitasiya və demarkasiyasına aiddir. Bu sənədə əsasən, rəsmi Bakı və İrəvan SSRİ Müdafiə NazirliyiBaş Qərargahının 1920-ci il xəritələrinə əsaslanaraq bir-birilərinin sərhədlərini və ərazi bütövlüyünü tanıyır.
Digər sənəd regionda kommunikasiya əlaqələrinin, xüsusilədəhliz-yolların açılmasının detallarından, eləcə də Azərbaycanla Naxçıvan arasında birbaşa əlaqənin qurulmasından bəhs edir.
Məlumatda bildirilib ki, sənədin imzalanması üçün 9 noyabr tarixinin seçilməsi təsadüfi deyil. Belə ki, 2020-ci ilin məhz bu günü AzərbaycanPrezidenti və Ermənistanın Baş naziri Rusiya Prezidentinin vasitəçiliyi ilə hərbi əməliyyatların dayandırılması haqqında üçtərəfli bəyanat imzalamışdılar.
banner

Oxşar Xəbərlər