Kitab oxumağı sevmirəm
Əməkdar artist Anar
Heybətov: "Universitetdə oxuyarkən
arzulayırdım ki, Kefli İsgəndər rolunu oynayım".
– Sizi tanımayan oxuculara özünüzü necə təqdim edərdiniz?
– Teatra dəvət edərdim. (Gülür)
Söhbətləşdi:
Ümid Oruc
Fehruz Rza
Rəhman Mirzəlizadə
– Sizi tanımayan oxuculara özünüzü necə təqdim edərdiniz?
– Teatra dəvət edərdim. (Gülür)
– Anar
Heybətov özünü daha çox teatrda rahat hiss edir, ya kinoda?
– Teatrda. –
Oynadığınız rollardan hansı xarakterinizə daha yaxın olub?
– Biz aktyorlar bütün oynadığımız rollarda öz
xarakterimizdən, xasiyyətimizdən rola nə isə qatırıq. Və o rolda özümüzü
tapırıq. Yəni bir çox rollar var ki, özümü onda tapıram, amma xüsusi
vurğulasam, Cəlil Məmmədquluzadənin "Ölülər" əsərindəki Kefli
İsgəndər obrazını qeyd edərdim. Elə universitetdə oxuyarkən tələbəlik
illərindən arzulayırdım ki, İsgəndər rolunu oynayım. Nəhayət bu son illərdə
teatrımızda Azər müəllimin quruluşçu
rejissorluğu və gənclərimiz Ərəbis
Cahangirli, Anar Sadıqovun rejissorluğu ilə tamaşa səhnələş dirildi. Bu zaman o
rolu oynamaq mənə qismət oldu.–
Professional aktyor olmaq üçün nəzəriyyə yoxsa şəxsi potensialı?
– Bunlar ikisi də olsa daha yaxşıdı, maneçiliyi
yoxdur bir-birinə. Amma birinci şəxsi potensial olmalıdır. –
Bildiyimiz qədəri ilə səhnədə ilk rolunuz "Mənim ərim dəlidir"
tamaşasındakı cangüdən rolu olub. İlk səhnə çıxmağınızdan bu günə qədər nə dəyişib?
– 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetini bitirmişəm. Azər Paşa Nemətovun kursunu bitirdim və
onun dəvəti ilə teatra gəldim. Mən
teatra gələnə qədər II kursdan televiziyada veriliş aparırdım. Teatra gələndə
elə də həyəcan yox idi, amma həvəs, istək, məsuliyyət var idi. Elə indi də var.
Çox şey dəyişməyib. Digər bir tərəfdən, sənətinə, peşənə, işinə sevgin
olmalıdı. O sevgi ailəyə sevgi necədirsə, elə olmalıdır. Onun adına xələl
gəlməsinə şərait yaratmayasan gərək. Əvvəldən də bu hisslər, düşüncələr vardı
ağlımda, indi də var. – Anar
Heybətov aktyor sənətində olmaq istədiyi mövqedədirmi?
– Allah rəhmət eləsin Fuad Poladova. O deyərdi
ki, bizim məşğul olduğumuz sənətin zirvəsi yoxdur ki, gəlib ora çatasan,
dayanasan ki, tamam mən bu qədər istəyirdim gəldim çıxdım. Belə bir şey yoxdur.
Amma hazırda tutduğum mövqedən razıyam. Gələcəkdə bilmirik nələr olacaq. Birdən
unudularam, Allah eləməsin. (gülür)– Boş
vaxtınızda mütaliə edirsiniz?
– Düzünü deyim, kitab oxumağı sevmirəm. Əslində ,özüm
də dərk edirəm ki, kitab oxumaq çox yaxşı şeydi. Amma vaxtım olmur deyə vacib olanda nələrisə oxuyuram. İndi elədi
ki, kitab oxumaq üçün kitab axtarmağa ehtiyac da yoxdu. Texnologiya inkişaf
edib, elektron kitablar var. İstənilən informasiyasını operativ əldə edə
bilirik. –
Azərbaycanda dram janrında çəkilən filmlər izləyicilər tərəfindən çox da
bəyənilmir. Lakin komediya filmlərinə də eyni dərəcədə maliyyə ayrılır və digər
janrlara nisbətən daha uğurlu və izləyicilər tərəfindən sevilərək qarşılanır.
Buna səbəb nədir?
– Əvvəllər kinoteatrlarda xarici filmlər
verilirdi. Sonralar özümüzdə kommersiya filmləri çəkilməyə başlandı. Və bizim
kino sahəsində olanlar yoxladılar gördülər ki, bizdə tamaşaçı komediyaya daha
çox meyillidi. Amma dram janrında çəkilən kommersiya filmləri var ki, o qədər
də baxılmır. Bilmirəm buna səbəb nədir. – Yəni
sizə təklif edilsə, elə bir komediya filminə çəkilməzsiniz?
– İstəyərəm yaxşı bir komediya filminə çəkilim.
Mən teatrda da komediyalarda oynamışam. Amma bəzi komediya filmləri var ki,
mənim imkanım yaxşı olsa belə utanaram o filmləri çəkməyə. – Elcan
Rəsulov demişdi ki, mən özümü heç də köhnə aktyorlarımızdan az istedadlı hesab
etmirəm. Sadəcə tutarlı, gözəl bir mövzu, ssenari yoxdur ki, özümü ifadə edim.
Siz necə düşünürsünüz?
– Ssenari yazanlar çox zəif yazırlar. Köhnə
filmlərlə müasir filmlər müqayisə edilə bilməz. "Babək", "Dədə
Qorqud", "Yeddi oğul istərəm", "Onu bağışlamaq
olarmı?". Bir çox filmlər var ki, onlar elə zirvədə qaldılar. Problem odur
ki, hər kəs ssenari yazır. Hər Amma o
vaxt belə olmayıb. O vaxt ssenari qəbul olub, rejissorlar seçilib, bir neçə
aktyorlar arasında seçimlər edilib. – Demisiniz ki, bizim aktyorlar türkiyəli
aktyorlarından zəif deyil, hətta onlardan daha istedadlıları var. Kimləri
nəzərdə tutursuz?
– Mən bunu bir neçə dəfə demişəm. Bu tip suallar
məni əsəbiləşdirir. Onların filmlərinin bizimkindən fərqi odur ki, onlarda
çəkiliş zamanı kadrarxasında olan şəxslərdən bizdə yoxdu. Varsa da, azdı. Bizdə
kadrarxasında 15 adam varsa, onlarda bəzən 150-ə yaxın olur. Amma aktyor sənəti bizdə onlardan qat-qat
üstündür. İndi ad çəksəm, kimisə deyərəm, kimisə unudaram. – Müasir dövrdə
İsgəndərlərə, Şeyx Nəsrullahlara rast gəlirsinizmi?
– Hə, çox. İsgəndərlər azdır, Şeyx Nəsrullahlar çox.
(Gülür) – 20-dən
çox tamaşada, 20-ə yaxın filmdə rol almısınız. Ən yadda qalan hansı olub?
– İstər kiçik, istər böyük rollar hamısını
sevərəkdən oynayıram. Amma 2011, 2012-ci illərdə "Pərvanələrin rəqsi"
serialına çəkilmişdim. O birinci seriallardan olduğundan və mövzu baxımından
tamaşaçılara yaxın olduğu üçün daha çox sevilirdi. Mənim bu serialda xüsusi
yerim olduğunu hiss edirdim. Tamaşaçılar yazırdı, rəylərə baxırdım, bəzən
qohum-tanışların özləri deyirdilər bunu. Teatrda isə Əli Əmirlinin "Ah, bu
uzun sevda yolu" tamaşasındakı rolum çox yaddan qalan olub. Bu tamaşadan
sonra da kifayət qədər yaxşı sözlər eşidirəm. Amma ümumilikdə hamısı yaddaqalan
olub. –
Müsahibələrinizdə müəllimləriniz Azərpaşa Nemətov, Gülşad Baxşəliyevanı daha
çox vurğulayırsınız. Müəllimlərinizə nəyə görə təşəkkür etmək istəyərdiniz?
– Tələbkar olduqları üçün, bu sənəti bizə
öyrətdikləri, sevdirdikləri üçün onlara təşəkkürümü bildirərdim. – Sonda
Anar Heybətov və teatrsevərlərə nə demək istəyərdiniz?
– Mən onlara demək istəyirəm ki, onlar çox
xoşbəxt insanlardılar ki, teatrı sevirlər. Teatrı həqiqətən sevmək, teatra
gəlmək lazımdır. Anar sevərlər isə lap xoşbəxtdir (gülür) Bütün sevənlərin də,
sevməyənlərin də fikrinə hörmətlə yanaşıram. Söhbətləşdi:
Ümid Oruc
Fehruz Rza
Rəhman Mirzəlizadə