• cümə, 19 Aprel, 16:32
  • Baku Bakı 25°C

Kişilər niyə maska taxmır?

16.05.20 18:00 476
Kişilər niyə maska taxmır?
Kişilərin əksəriyyəti qoruyucu maskaları taxmır, çünki bunu zəiflik əlaməti sanırlar.
"Report” xəbər verir ki, bu barədə Londonun Midlseks Universiteti və Kaliforniyanın Börkli İnstitutunun araşdırmasının nəticəsində qeyd edilib.
"Bəzi kişilər COVID-19-un onlardan yan keçəcəyini düşünür, ona görə də maskaları evdə qoyub çıxırlar”, - alimlər bildiriblər. Ancaq bununla belə, Çin, İspaniya, İtaliya və Nyu-Yorkdakı koronavirusdan ölüm göstəriciləri bunun əksini göstərir: məhz kişilər koronavirusdan daha çox ölürlər.
Sorğuda2 459nəfər iştirak edib, onlardan51%-i kişi olub. Respondentlər əsasən böyük şəhərlərdə yaşayırlar. Onların yaşı25-54arasıdır.
"Kişilərə görə maska taxmaq utancvericidir, bunun onları yaxşı göstərməyəcəyini düşünürlər”, - araşdırmaçılar qeyd ediblər.
Gallupİnstitutunun hələ aprel ayında keçirilən sorğusuna əsasən, kişilərin yalnız29%-i evdən çıxarkən həmişə maska taxdığını bildirib. Qadınlarda bu göstərici44%-ə bərabərdir. Bu tendensiya bir neçə il öncə atipik pnevmoniyanın alovlanması zamanı da müşahidə edilib.
Araşdırmaçıların fikrincə, məsələ əhalinin səhiyyə sahəsində məlumatlandırılmasındadır. Bu, oğlanlar və böyük kişilər üçün nəzərdə tutulmayıb. Gender stereotipləri hələ də güclü olduğuna görə qoruyucu vasitələr əsasən qadınları, yəni anaları, məktəb müəllimlərini, tibb bacılarını və s. maraqlandırır, bunu daha çox onlar müzakirə edirlər.
"Əgər vurğunu vətənpərvərlik, intizam və şəxsi məsuliyyətə etsək, maska taxmaq kişilər üçün şərəfli bir iş sayılar”, - araşdırmaçılar irəli sürüblər.
banner

Oxşar Xəbərlər