• cümə axşamı, 25 aprel, 16:14
  • Baku Bakı 23°C

Kiprin Daxili İşlər Nazirliyi: Nikos Anastasiadis prezident seçkilərində liderdir

04.02.18 21:52 452
Kiprin Daxili İşlər Nazirliyi: Nikos Anastasiadis prezident seçkilərində liderdir
Kiprin hazırkı prezidenti, sağ mərkəzçi Demokratik Birləşmə Partiyasının lideri Nikos Anastasiadis prezident seçkilərinin ikinci turunda liderlik edir.
"Report" xəbər verir ki, bu barədə KiprinDaxili İşlər Nazirliyi(DİN) məlumat yayıb.
Nazirliyin məlumatına görə, bülletenlərin 26 faizinin hesablanmasından sonra onun seçicilərin 56 faizinin səslərini toplaması məlum olub. Nikos Anastasiadisin rəqibi Stavros Malas isə seçicilərin 44 faizinin səsini toplayıb.
Qeyd edək ki, bu gün Kiprdə prezident seçkilərinin ikinci turu keçirilib. Seçki məntəqələri yerli vaxtla saat 7-də açılıb və 18-dək fəaliyyət göstərib.
banner

Oxşar Xəbərlər