Kipr sahillərində 175 qaçqını daşıyan qayıq aşıb
Şimali Kipr sahillərində qaçqınları daşıyan qayıq qəzaya uğrayıb. Xilasetmə zamanı qaçqınların bəzilərində yüksək hərarət aşkarlanıb.
AZƏRTAC Şimali Kipr KİV-lərinə istinadla xəbər verir ki, qayıqda 175 nəfər suriyalı olub. Hadisə Taşlıca və Boltaşlı kəndlərinin sahilində baş verib. Xilasetmə işləri polislər tərəfindən həyata keçirilib. Xilas edilən qaçqınların 30-u qadın, 69-u uşaqdır.