• şənbə, 20 Aprel, 12:15
  • Baku Bakı 23°C

Kinematoqrafçılar İttifaqı “Qızıl pillə” adlı Milli Kinofestival təsis edib

21.05.19 14:30 639
Kinematoqrafçılar İttifaqı “Qızıl pillə” adlı Milli Kinofestival təsis edib
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yeni Milli Kinofestival təsis edib.
İttifaqın mətbuat xidmətindənAZƏRTAC-a bildirilib ki, "Qızıl pillə” adlanan Milli Kinofestivalı keçirməkdə məqsəd ölkəmizdə milli kino sənətinin inkişafına dəstək, kinematoqrafiyada peşəkar səviyyənin qorunub saxlanılması və bu sahədə çalışan kinematoqrafçıları həvəsləndirməkdir.
İki ildən bir, noyabr ayında Bakı şəhərində keçiriləcək festivalda, son iki il ərzində ölkəmizdə istehsal olunmuş bədii və sənədli filmlər iştirak edəcək. Həmçinin, kinofestivalda bir çox nominasiyalar və xüsusi mükafatlar təqdim ediləcək.
Müsabiqənin şərtləri haqda ətraflı məlumatı ittifaqın saytından (Arki.az) əldə etmək olar.
banner

Oxşar Xəbərlər