AZE | RUS | ENG |

Kinematoqrafçılar İttifaqı “Qızıl pillə” adlı Milli Kinofestival təsis edib

Kinematoqrafçılar İttifaqı “Qızıl pillə” adlı Milli Kinofestival təsis edib
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yeni Milli Kinofestival təsis edib.
İttifaqın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, "Qızıl pillə” adlanan Milli Kinofestivalı keçirməkdə məqsəd ölkəmizdə milli kino sənətinin inkişafına dəstək, kinematoqrafiyada peşəkar səviyyənin qorunub saxlanılması və bu sahədə çalışan kinematoqrafçıları həvəsləndirməkdir.
İki ildən bir, noyabr ayında Bakı şəhərində keçiriləcək festivalda, son iki il ərzində ölkəmizdə istehsal olunmuş bədii və sənədli filmlər iştirak edəcək. Həmçinin, kinofestivalda bir çox nominasiyalar və xüsusi mükafatlar təqdim ediləcək.
Müsabiqənin şərtləri haqda ətraflı məlumatı ittifaqın saytından (Arki.az) əldə etmək olar.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9164
GEL 1 1 Gürcüstan larisi 0.6204
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1547
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1791
CHF 1 1 İsveçrə frankı 1.7099
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2892