AZE | RUS | ENG |

Kinematoqrafçılar İttifaqı gənclər üçün yeni pullu mükafat təsis etdi

Kinematoqrafçılar İttifaqı gənclər üçün yeni pullu mükafat təsis etdi
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinin növbəti iclası keçirilib. İttifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Trend-ə bildirib ki, iclasda Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Kinematoqrafiyasının İnkişaf konsepsiyası” ilə bağlı sərəncamın icrasına uyğun olaraq, müzakirələr aparılıb, təkliflər verilib. Həmin sərəncamın icrasına uyğun, iclasda veteranlara və gənclərə yardım fondu yaradılıb. Bu fond vasitəsiylə veteranlara və gənclərə mütamadi olaraq maddi yardımlar ediləcək. Daha sonra qrumun sözçüsü qeyd edib ki, iclasda İttifaqın İdarə heyəti tərəfindən gənc kinematoqrafçılar üçün "Yeni nəfəs” Milli Mükafatı(pullu mükafat) təsis olunub. Bu mükafat hər il 2 avqust "Milli Kino” Günündə yaradıcıllıq axtarışında olan, öz işi ilə fərqlənən, uğurlar qazanan və Kinematoqrafçılar İttifaqının üzvü olan gənc kinematoqrafçılara təqdim ediləcək. Daha sonra iclasda gündəlikdə olan digər məsələlər müzakirə edilib, 30 dan çox kino sahəsində çalışan şəxslər İttifaqa üzv qəbul edilib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917