• cümə, 19 Sentyabr, 02:42
  • Baku Bakı 17°C

Kimya zavodunda partlayış baş verib

01.09.17 09:40 661
Kimya zavodunda partlayış baş verib
Güclü sel səbəbilə sulara qərq olan ABŞ-ın Hyuston şəhərindən 30 km məsafədə yerləşən kimya zavodunda ard-arda partlayışlar baş verib.
Trend Sputnik-ə istinadən xəbər verir ki, partlayış sonrası yaranan qatı tüstü səbəbindən 1 polis zəhərlənərək xəstəxanaya aparılıb.
"Arkema" şirkətinə məxsus zavod Hyustondan 30 kilometr aralıda yerləşən Krosbi şəhərindədir.
Qeyd edək ki, kimya zavodu, "Harvi" qasırğası səbəbilə artıq 1 həftə idi ki, fəaliyyət göstərmirdi. Lakin qasırğadan sonra başlayan leysan yağışlar zavod ərazisini də basıb.
banner

Oxşar Xəbərlər