AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Köhnə hədəfə qayıtdılar

Köhnə hədəfə qayıtdılar

İdman
08 İyul 2020, 16:00 358
"Real” yay transfer dönəminin prioritet hədəfini müəyyənləşdirib. 
 
Sportinfo.az xəbər verir ki, "kral klubu” "Mançester Yunayted”in futbolçusu Pol Poqba ilə yenidən ciddi maraqlanmağa başlayıb. Bir müddət əvvəl məlumat yayılmışdı ki, "Real” "Renn”in 17 yaşlı futbolçusu Eduard Kamavinjeni transfer etmək istəyir. Elə bu səbəbdən də rəhbərliyin Poqba variantından vaz keçdiyi bildirilirdi. 
 
Ammma indi yayılan xəbərdə vurğulanır ki, "Real” 17 yaşlı futbolçuya görə böyük məbləğ xərcləməyə risk etməyib. Ona görə də, rəhbərlik yenidən Pol Poqba variantına qayıdıb. 
 
Məlumata görə, Poqbanın keçidi "Real” üçün yay transfer dönəmində prioritet hədəf müəyyən edilib. Poqbanın MY ilə qüvvədə olan müqaviləsi 2021-ci ilin yayına qədər nəzərdə tutulub. 
 
O, cari mövsümdə cəmisi 11 oyunda meydana çıxıb və 4 qol vurub.