• çərşənbə axşamı, 19 mart, 07:14
  • Baku Bakı 8°C

“Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

20.05.19 16:43 429
“Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) "UNİVERSAL DİZAYN” Əlillik Adaptasiya Avadanlıqları MMC ilə birgə əməkdaşlıqla Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqat və Resurs Mərkəzi – Gürcüstan təşkilatı tərəfindən icra olunan "Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində "Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” fəaliyyətini həyata keçirir. Layihənin əsas fəaliyyət istiqaməti İsmayıllı, Quba, Bərdə rayonlarının ucqar kəndlərində əlilliyi olan şəxslərə səyyar hüquqi xidmətlərin göstərilməsindən ibarətdir.Xidmət çərçivəsində Quba rayonunun Vəlvələ (ətraf kəndlər daxil olmaqla), Alpan (ətraf kəndlər daxil olmaqla) 10 kəndində əlilliyi olan şəxslərlə görüşlər keçirilmişdir. Əsas məqsəd ehtiyaclarının, əsasən hüquqi yardıma vacib ehtiyac olan sahələri aydınlaşdırmaqdan ibarət olmuşdur.Qeyd olunan ərazi vahidlərində yaşayan 34 nəfər əlilliyi olan şəxslər, onların valideyn və qohumları, səhiyyə işçiləri ilə fokus qruplar təşkil olunmaqla ehtiyaclar öyrənilmişdir.Digər rayonlarda da vəziyyət analoji üsulla qiymətləndirildikdən sonra hüquqi xidmətlərin təşkili nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər