• cümə, 29 Mart, 11:58
  • Baku Bakı 5°C

Keçmiş SSRİ-də idarəçilik baxımından Heydər Əliyevlə müqayisə edilə biləcək şəxs yox idi

12.12.19 09:45 391
Keçmiş SSRİ-də idarəçilik baxımından Heydər Əliyevlə müqayisə edilə biləcək şəxs yox idi
Keçmiş SSRİ-də idarəçilik baxımından Heydər Əliyevlə müqayisə edilə biləcək şəxs yox idi.
AZƏRTACxəbər verir ki, bu sözləri Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqının prezidenti Gennadi Şmal ümummilli lider Heydər Əliyev haqqında xatirələrini bölüşərkən söyləyib. O qeyd edib ki, Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində iqtisadi, sosial və mədəni həyatın ən mühüm sahələrinə rəhbərlik edirdi. "Onun keçirdiyi müşavirələrdə mən də dəfələrlə olmuşam. O vaxt hökumətin tərkibində operativ məsələlər üzrə komissiya vardı. Əslində, Heydər Əliyevin rəhbərlik etdiyi bu komissiya bütün ölkə iqtisadiyyatını idarə edirdi. Hökumətin başçısı siyasi məsələlərlə məşğul idi, cari məsələlər isə Heydər Əliyevin üzərinə düşürdü. O vaxt cari məsələlər indikindən çox idi, çünki ölkə böyük idi. Lakin Heydər Əliyev bütün məsələlərin öhdəsindən bacarıqla gəlirdi. O, əvvələn, bilikli, ikincisi, istedadlı insan idi və ən başlıcası, onun xarakteri vardı. Bu amillər Heydər Əliyev səviyyəli insan üçün çox vacib idi. Onu həmişə diqqətlə dinləyir, eşidir və dediklərinə əməl edirdilər. Həmin mürəkkəb dövrdə Heydər Əliyev Sovet İttifaqı üçün çox iş görüb. Heydər Əliyev Sovet İttifaqı tarixində böyük iz qoyub”, - deyə G.Şmal vurğulayıb.
banner

Oxşar Xəbərlər