• cümə, 26 Aprel, 20:25
  • Baku Bakı 22°C

Keçmiş deputatlığa namizədə 10 il cəza

16.01.14 11:21 1374
Keçmiş deputatlığa namizədə 10 il cəza
Bakı Ağır Cinayətlər Məhkəməsində Tiflis şəhəri meriyasının Azərbaycanda daimi nümayəndəliyində «İberiya-press» agentliyinin sabiq icraçı direktoru Rəşad Muradəliyev və Ayaz Rəşidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, R. Muradəliyev 10 il, A. Rəşidov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, R. Muradəliyev bir müddət axtarışda olub. Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Rəşad Fazil oğlu Muradəliyev 2012-ci il sentyabrın 12-də, A. Rəşidov isə iyulun 12-də saxlanılıb.
Məlumata görə, R. Muradəliyev həbs olunan zaman Tiflis şəhəri meriyasının Azərbaycanda daimi nümayəndəliyində fəaliyyət göstərən «İberiya-press» agentliyinin icraçı direktoru vəzifəsində çalışıb. O, bundan əvvəl də iki dəfə dələduzluq faktına görə həbs edilib.
Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunurlar.
R. Muradəliyev həmçinin 2005-ci ildə deputatlığa namizəd olub.
Qeyd edək ki, R. Muradəliyevin atası Fazil Muradəliyev Azərbaycan SSR KP MK-nın ideoloji katibi olub.
Onu da qeyd edək ki, təqsirləndirilən şəxslər barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.
banner

Oxşar Xəbərlər