• şənbə, 20 Aprel, 13:42
  • Baku Bakı 23°C

«Kaspi»nin təbrik məktubu Tatarıstan Yazıçılar Birliyinə təqdim olunub

27.09.19 17:03 699
«Kaspi»nin təbrik məktubu Tatarıstan Yazıçılar Birliyinə təqdim olunub
Tatarıstan Yazıçılar Birliyinin 85 illik yubileyi münasibəti ilə «Kaspi» qəzetinin təbrik məktubu bu ölkənin Yazıçılar Birliyinə təqdim olunub. Təbrik məktubunu Tatarıstanda yaşayan soydaşımız, Tatarıstan Vəkillər Palatasının üzvü, ictimai xadim, Azərbaycanda və Tatarıstanda işıq üzü görən bir çox ortaq nəşrlərin redaksiya heyətinin üzvü İsmət Orucəliyev təqdim edib. Məktubu qəbul edən Tatarıstan Yazıçılar Birliyinin başçısının birinci müavini, şair-tərcüməçi Rəmis Aymət xoş sözlərə görə qəzetin rəhbərliyi və yaradıcı heyətinin adına təşəkkürünü səsləndirib, fəaliyyətində uğurlar arzulayıb. Qeyd edilib ki, "Kaspi” qəzeti ilə Tatarıstan Yazıçılar Birliyi arasında münasibətlər, vaxtaşırı qarşılıqlı səfərlər ümumən türkdilli ölkələrin əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edir.

banner

Oxşar Xəbərlər