• cümə axşamı, 18 aprel, 21:51
  • Baku Bakı 21°C

“Karyeramı Azərbaycanda davam etdirmək istərdim“

18.06.13 13:39 1392
“Karyeramı Azərbaycanda davam etdirmək istərdim“
“Ukraynada fərdi şəkildə məşq edirəm. Burada klublar hələ toplanışa başlamayıblar. Karyeramı harada davam etdirəcəyim hələ bilinmir”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin futbolçusu Aleksandr Çertoqanov deyib.
“Qəbələ”nin ötən mövsümün sonunda yollarını ayırdığı 33 yaşlı milliləşdirilən ukraynalı yarımmüdafiəçi vətənində istirahətdədir.
Doğulub-boya başa çatdığı Dnepropetrovsk şəhərində fərdi hazırlıq keçən Çertoqanov artıq yaxın vaxtda yenidən ölkəmizdə olacaq. O, buraya şəxsi işləri ilə əlaqədar gəldiyini desə də, klublarımızla danışıqlar aparacağı istisna deyil: “Karyeramı Azərbaycanda davam etdirmək istərdim. Ancaq hələ təklif almamışam. Ümumiyyətlə, mənimlə əlaqə saxlayıb danışıq aparan klub olmayıb. Bu həftə Azərbaycana gəlirəm. Səfərim şəxsi işlərimlə əlaqədardır”.
Aleksandr üçün 9 ildir fasiləsiz oynadığı ölkəmizdəki klublardan onunla maraqlanmamağı təəccüblü görünür: “Ola bilər ki, artıq məni unudublar. Bunu dəqiq deyə bilmərəm, mənə aid məsələ deyil. Növbəti mövsümün startına vaxt azalır və belə gedişlə mənə klub tapmaq çətin olacaq”.
Qeyd edək ki, futbolçu ölkəmizdə “Qəbələ” ilə yanaşı, “Bakı”, “Neftçi”, “Simurq” və “İnter”də oynayıb.
banner

Oxşar Xəbərlər