• cümə axşamı, 28 mart, 15:24
  • Baku Bakı 16°C

Karel Yarolim: “Azərbaycan yığması əvvəlki komanda deyil”

10.10.16 11:45 1119
Karel Yarolim: “Azərbaycan yığması əvvəlki komanda deyil”
"İndi yalnız Azərbaycanla oyun barədə düşünməliyik. Bu dəfə müdafiə futbolu sərgiləmək fikrində deyilik”. Apasport.az saytının məlumatına görə, bunu Çexiya yığmasının baş məşqçisi Karel Yarolim deyib.

Dünya çempionatının seçmə mərhələsində Almaniya ilə səfərdə üz-üzə gələn çexlər 0:3 hesablı məğlubiyyətə düçar olublar. Oyunla bağlı yerli mətbuata danışan Yarolim bu yenilgini təcrübəsizliklə əlaqələndirib: "Almaniya ilə oyunda meydana rəqibə çətinlik yaratmaq üçün çıxmışdıq. Həmişə belə edirik. Almaniya futbolu bizim üçün böyük məktəbdi. Əlbəttə ki, 0:3 hesablı məğlubiyyət xoşagəlməz haldı. Ancaq nəzərə almaq lazımdı ki, yenilənmiş heyətimiz var. Fikrimcə, bu qarşılaşma bizim üçün yaxşı təcrübə oldu. Almaniya yığmasının oyunçuları isə uzun müddətdi bir yerdə çıxış edirlər. Bir neçə futbolçumuz onların təklif etdiyi tempə ayaq uydurmaqda çətinlik çəkdi. Ancaq əminəm ki, onlar gələcəkdə dünya futbolunda söz sahibi olacaqlar”.

60 yaşlı mütəxəssis millimizlə sabah keçiriləcək matça da münasibət bildirib. O, yığmamızdan çəkindiklərini etiraf edib: "Bunu demək lazımdı ki, Azərbaycan yığması əvvəlki komanda deyil. Düzü, onlardan uğurlu nəticə gözləyirdik. Ancaq bu qədərini də yox. Norveç kimi komandanı məğlub etmələri onların zəif rəqib olmadıqlarını göstərir. Amma istənilən halda, bizə bu matçda yalnız qələbə lazımdı”.

Qeyd edək ki, sabah Ostrava şəhərinin "Munisipal” stadionunda keçiriləcək Çexiya – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
banner

Oxşar Xəbərlər