• cümə axşamı, 25 aprel, 15:54
  • Baku Bakı 23°C

Karate üzrə Azərbaycan çempionatı keçiriləcək

19.11.18 11:00 671
Karate üzrə Azərbaycan çempionatı keçiriləcək
Noyabrın 23-dən 25-dək Bakı İdman Sarayında karate üzrə yeniyetmə və gənclər arasında XIX, böyüklər arasında XXVI Azərbaycan çempionatı keçiriləcək.
AZƏRTACxəbər verir ki, Gənclər və İdman Nazirliyi, Karate-Do Federasiyaları Assosiasiyası və Milli Karate Federasiyasının birgə təşkil etdiyi respublika çempionatının açılış mərasimi noyabrın 23-də olacaq. Yarışlarda respublikanın müxtəlif bölgələrindən 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 yaşlı və 21 yaşadək gənclər, həmçinin böyüklər iştirak edəcəklər.
Son imtahandan uğurla keçən məşqçilər və Əməkdar məşqçilər (yalnız bu il istisna olmaqla və qeydiyyat zamanı vəsiqəsini təqdim etmək şərti ilə) yarışda məşqçi kimi iştirak edə bilərlər.
banner

Oxşar Xəbərlər