AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Karantin postlarının götürülməsindən sui-istifadə edənlər məsuliyyətə cəlb olunacaq

Karantin postlarının götürülməsindən sui-istifadə edənlər məsuliyyətə cəlb olunacaq

Kriminal
02 İyul 2020, 14:22 258
Bakı və bakıətrafı ərazilərdə polis karantin postlarının götürülməsində sui-istifadə hallarına yol verilməməlidir.
Bunu Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
O bildirib ki, postların götürülməsində istifadə edib icazəsiz evdən çıxanlar qanunvericiliyin tələblərinə uyğun aşkarlanaraq məsuliyyətə cəlb ediləcək: "Xahiş edirik, hər kəs sərtləşdirilmiş karantin rejiminə ciddi riayət eləsin. "Sms icazə”si olmayanlar çölə çıxmasın, yaşayış yerini tərk etməsinlər. Kimsə icazə portalında qeydə alınıbsa, ondan təyinatı üzrə istifadə eləsin.
Polis postlarının götürülməsindən sui-istifadə hallarına yol verilməməlidir. Bu, hər kəsin ziyanına işləyə bilər. İnsanların təcrid olunması, təmasın azaldılması vətəndaşlarımızın sağlamlığı ilə bağlıdır. Karantin qaydalarını pozan şəxslər aşkarlanarsa, həmin şəxs barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək”.