• şənbə, 20 Aprel, 04:30
  • Baku Bakı 15°C

Kapitan plakata görə fanatla dalaşdı

11.12.19 13:30 536
Kapitan plakata görə fanatla dalaşdı
Çempionlar Liqasında "Lion”la "Leyptsiq” arasında keçirilən qarşılaşmada insident yaşanıb.
Kaspi.az xəbər verir ki, qarşılaşmadan sonra "Lion”un kapitanı Memfis Depaye təhqiramiz plakat açan fanatla dalaşıb. Fanatlardan birinin əlindəki plakatda eşşək şəkili çəkilib və belə yazılıb: "Marselo, get”.
Fanat bu plakatla braziliyalı futbolçunun komandadan getməsini tələb edib. Kapitan plakatı azarkeşin əlindən almağa çalışıb. Onların arasında mübahisə yaşanıb.
Komanda üzvləri və stüardlar mübahisənin böyüməsinin qarşısını alıblar. "Lion” "Zalsburq”la heç-heçə (2:2) edərək, Çempionlar Liqasında növbəti mərhələyə adlayıb.
banner

Oxşar Xəbərlər