"Kamp Nou" yaxınlığında toqquşmalar, çox sayda xəsarət alan var

Ötən gün "Barselona" və "Real Madrid" matçının keçirildiyi "Kamp Nou" stadionunun yaxınlığında etirazçılar və polislər arasında toqquşmalar baş verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, toqquşmalar nəticəsində azı 46 nəfər xəsarət alıb. Daha əvvəl 22 nəfərin xəsarət aldığı bildirilirdi.
Qeyd edilir ki, etiraz aksiyasının 9 iştirakçısı polislər tərəfindən saxlanılıb.