Kambrilsdəki teraktın Barselonadakı analoji hücumla əlaqəsi olub
Kataloniyanın Daxili İşlər Nazirliyi Kambrils şəhərindəki terror
aktının Barselonadakı analoji hücumla əlaqəsini təsdiq edib.
Trend-in məlumatına görə, ötən gün axşam Barselonadan 120 km məsafədə yerləşən
Kambrilsdə 5 terrorçu avtomobili piyadaların üstünə sürüb, lakin polis
tərəfindən zərərsizləşdiriliblər. Hadisə nəticəsində 7 nəfər, o cümlədən bir
polis xəsarət alıb.
Həmin gün Barselonada da analoji terakt baş verib, 13 nəfər ölüb, 119
nəfər yaralanıb.