• çərşənbə, 17 Aprel, 00:44
  • Baku Bakı 14°C

Kamal Abdulla Hindistan səfiri ilə görüşüb

08.09.17 18:30 1156
Kamal Abdulla Hindistan səfiri ilə görüşüb
Sentyabrın 8-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüşüb.
Səfiri universitetdə görməkdən məmnunluğunu bildirən rektor qeyd edib ki, Hindistan səfirliyi ilə ADU arasında çox sıx və faydalı əməkdaşlıq mövcuddur. Hindistandan gələn alim və mütəxəssislər müntəzəm olaraq ADU tələbələri ilə ünsiyyətdə olurlar. Rektor səfirliyin ADU tələbələri ilə ünsiyyətinin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
K.Abdulla səfirdən xahiş edib ki, sanskrit dilini bilən mütəxəssisin ADU-ya gələrək burada çalışmasına da yardım göstərsin. Onun sözlərinə görə, həmin mütəxəssisin təkcə Hindistanşünaslıq ixtisası üzrə təhsil alan tələbələrə deyil, digər tələbələrə də sanskrit dilini tədris etməsi linqvistika baxımından çox faydalı olar.
Öz növbəsində səfir ADU ilə əməkdaşlıq çərçivəsində burada hind dilini tədris edəcək müəllimin artıq seçildiyini deyib. O, qeyd edib ki, Dehlidən olan həmin mütəxəssisin oktyabr ayında ADU-ya gəlişi gözlənilir. Həmin vaxtadək isə səfirlik Hindistanşünaslıq ixtisası üzrə təhsil alan tələbələrə dilin tədrisində köməklik göstərə bilər. Səfir sanskrit dili üzrə mütəxəssisin tapılması məsələsini də müsbət qarşılayıb və bu məsələnin növbəti tədris ili üçün həllini tapacağını söyləyib.
Görüşdə Hindistan universitetlərinin birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması məsələsi yenidən müzakirə olunub. K.Abdulla bildirib ki, bu istiqamətdə işlər normal tempdə gedərsə, gələn ilin əvvəllərində mərkəz fəaliyyətə başlaya bilər.
Görüşdə S.Rananın ADU-da "Səfir saatı” klubunda mühazirə oxuması məsələsi də razılaşdırılıb. Oktyabr ayında baş tutacaq mühazirə Mahatma Qandiyə həsr olunacaq.
banner

Oxşar Xəbərlər