• cümə axşamı, 28 mart, 17:56
  • Baku Bakı 16°C

Kaliforniyada yanğınlar zamanı 1276 nəfər itkin düşüb

18.11.18 15:30 373
Kaliforniyada yanğınlar zamanı 1276 nəfər itkin düşüb
Kaliforniyada meşə yanğınları zamanı ölənlərin sayı artıb.
"Report" CNN-ə istinadən xəbər verir ki, bu barədə Byutt dairəsinin şerifi Kori Honea keçirdiyi mətbuat konfransında bildirib.
O, qeyd edib ki, noyabrın 8-dən davam edən yanğınlar nəticəsində76 nəfər həlak olub, daha1276nəfər itkin düşüb.
Qeyd edək ki, bu, ştat tarixində ən dağıdıcı yanğınlardır. Alov 9,8 min evi və 60 min hektardan çox meşəni məhv edib.
Daha əvvəl bildirilirdi ki,meşə yanğınları nəticəsində ölənlərin sayı71 nəfərə çatıb, min nəfərdən çox insanitkin düşüb.
banner

Oxşar Xəbərlər