AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Jurnalistlərin növbəti qrupu koronavirusa qarşı vaksinasiya olunacaq

Jurnalistlərin növbəti qrupu koronavirusa qarşı vaksinasiya olunacaq

Təfsilat
23 Aprel 2021, 18:45 411
Aprelin 26-da Azərbaycan Mətbuat Şurasında jurnalistlərin "COVID-19” infeksiyasına qarşı vaksinasiyası davam etdiriləcək.
Şuradan Kaspi.az-a verilən xəbərə görə, indiyədək MŞ-də 200-dək jurnalist peyvənd olunub. Şuraya bununla əlaqədar əlavə 150-dən artıq yeni müraciət daxil olub. Müraciət edənlər vaksinasiyanın aparılacağı barədə məlumatlandırılıblar. Onlar növbəlilik əsasında peyvənd oluna biləcəklər. 
Mətbuat Şurası KİV redaksiyalarından yaşı 18-dən yuxarı olan və vaksinasiyadan keçməyən əməkdaşlarının siyahısını Şuraya ünvanlamağı xahiş edir. Siyahı redaksiyanın rəsmi blankında olmalı və möhürlə təsdiqlənməlidir.
Orada vaksinasiya olunacaq jurnalistlərlə bağlı aşağıdakılar yer almalıdır:
Adı, soyadı, atasının adı;
Doğum tarixi;
Şəxsiyyət vəsiqəsinin rekvizitləri (seriya və nömrə və ya fin kod);
Əlaqə vasitələri (şəhər telefonu və mobil telefon). 
Siyahı şəxsən də, Mətbuat Şurasının info@presscouncil.az və metbuatshurasi@gmail.com elektron poçt ünvanlarına da (PDF faylda skan olunmuş formada) göndərilə bilər. 
Mətbuat Şurasından əlaqələndirici şəxs Əvəz Rüstəmov: (012) 441 35 30; (050) 206 96 02.