• cümə, 29 Mart, 09:48
  • Baku Bakı 5°C

Jurnalistləri öldürənlərdən biri “Əl Qaidə”nin düşərgəsində təlim keçib

09.01.15 09:08 766
Jurnalistləri öldürənlərdən biri “Əl Qaidə”nin düşərgəsində təlim keçib
Parisdə “Charlie Hebdo” nəşrinin redaksiyasına hücum edən qardaşlardan biri 2011-ci ildə “Əl Qaidə” terror qruplaşmasının Yəməndəki düşərgəsində təlim keçib.
APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, 34 yaşlı Səid Kuaşi “Əl Qaidə” düşərgəsində bir neçə ay təlim keçib. Onun 32 yaşlı qardaşı isə 10 il əvvəl İraqdakı silahlılara qoşulmaq cəhdinə görə 1,5 il azadlıqdan məhrum olunub.
banner

Oxşar Xəbərlər