• cümə axşamı, 28 mart, 17:12
  • Baku Bakı 16°C

Jurnalistlər üçün növbəti təlim keçirilir - Fotolar

09.02.19 15:30 998
Jurnalistlər üçün növbəti təlim keçirilir - Fotolar
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) "Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi proqramı” çərçivəsində Şabran rayonundakı Qalaaltı sanatoriyasında jurnalistlər üçün növbəti təlim kursları təşkil olunub. 9-10 fevral tarixini əhatə edən təlimin birinci günündə"GİZ”-in əməkdaşı Şakir Səfərbəyov açılış nitqi ilə çıxış edib, kursun məqsədi, gözlənilən nəticələr və metodologiya ilə bağlı fikirlərini bildirib.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, vəkil Sahib Məmmədov "Əlilliyi olan şəxslərin hüquqları: Qanunvericilik və onun tətbiqi” mövzusunda ətraflı məlumat verib. Təlimçi gün ərzində əlillik, beynəlxalq və milli normalarda əks olunan anlayışlar, əlilliyin dərki, etiket və davranış qaydaları, əlilliyi olan şəxslərin hüquqları haqqında BMT Konvensiyası və milli qanunvericilik, əlilliyi olan şəxslərin əmək bazarına çıxışı və məşğulluqlarının təmin olunması istiqamətində məlumatları diqqətə çatdırıb. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən təlimdə jurnalistləri maraqlandıran suallar da ətraflı cavablandırılıb. Günün sonunda təlim iştirakçıları əlilliyi olan şəxslər, o cümlədən əlilliyi olan uşaqlar mövzusunda kiçik esselər hazırlayıb və təqdim ediblər. Bununla da təlimin birinci günü başa çatıb.
Təlimin ikinci günündə vəkil S.Məmmədov əlilliyi olan şəxslərin fundamental və sosial hüquqlarının təminatı, müəssərlik və əlverişli mühit barədə media mənsublarına ətraflı məlumat veriləcək. Eyni zamanda təlimin mövzusuna aid sənədli film nümayiş olunacaq.
Alpər TURAN


















banner

Oxşar Xəbərlər