• cümə axşamı, 28 mart, 22:52
  • Baku Bakı 13°C

Jurnalistlər üçün müsabiqə ELAN EDİLDİ - ŞƏRTLƏR

01.11.22 15:58 952
Jurnalistlər üçün müsabiqə ELAN EDİLDİ - ŞƏRTLƏR

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib.

Bu barədə Kaspi.az-a MEDİA-dan məlumat verilib.

Bildirilib ki, “Media haqqında” qanunun 1.1.4-cü maddəsinə əsasən jurnalist anlayışı ilə əhatə olunan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə yazı təqdim edən jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində dərc olunmuş yazısını aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:

ən yaxşı reportaj;
ən yaxşı ictimai-siyasi təhlil;
ən yaxşı sosial-iqtisadi təhlil;
ən yaxşı müsahibə;
ən yaxşı mədəniyyət materialı;
ən yaxşı bədii publisistika;
ən yaxşı köşə yazısı;
ən yaxşı jurnalist araşdırması;
ən yaxşı oçerk.

Müsabiqəyə süjet təqdim edən jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində yayımlanmış süjetini aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:

ən yaxşı ictimai-siyasi reportaj;
ən yaxşı iqtisadi reportaj;
ən yaxşı sosial reportaj;
ən yaxşı mədəniyyət reportajı;
ən yaxşı idman reportajı.

Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada https://mib.media.gov.az/ portalı vasitəsilə Medianın İnkişafı Agentliyinə təqdim edilir.

Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 2 jurnalist və 2 operator qalib elan edilir və mükafatlandırılır.

banner

Oxşar Xəbərlər