• çərşənbə axşamı, 19 mart, 13:32
  • Baku Bakı 8°C

"Jurnalistin sualı İranın mövqeyini əks etdirmir" - İranlı nazir müavini

01.03.21 16:15 739
"Jurnalistin sualı İranın mövqeyini əks etdirmir" - İranlı nazir müavini
"İran və Azərbaycan arasında bu gün bölgədə misli görünməmiş yaxınlaşma mövcuddur. Əlbəttə, qədim müştərək tarix və oxşarlıqlar, eləcə də qarşılıqlı potensialı nəzərə alsaq, bu elə belə də olmalıdır. İki ölkə arasında əlaqələr inkişaf tempi üzrə qurulub".
BunuAPA-nın Tehran bürosunaaçıqlamasında İranın İslami İrşad və mədəniyyət nazirinin mətbuat məsələləri üzrə müaviniMəhəmməd Xudadi deyib.
İran və Azərbaycanı iki dost və qonşu ölkə adlandıran M.Xudadi iki ölkə arasında əlaqələriniqtisadi, siyasi və ictimai sahədəyüksək səviyyədə olduğunu vurğulayıb.
İki ölkənin mətbuat sahəsində də əməkdaşlığını inkişaf etdirmək üçün geniş imkanların olduğunu vurğulayan M. Xudadiqeyd edib ki, "mətbuat sahəsindəbizim əsas vəzifəmiz əlaqələrin artırılmasıvəikitərəfli münasibətlərdə hər növanlaşılmazlıqlarıazaltmağa yönəlməlidir".
İran rəsmilərininDağlıq Qarabağ məsələsi ilə bağlı sonaçıqlamalarına toxunan M.Xudadi qeyd edib ki, İranın bu məsələ haqqındakı mövqeyi həm Ali Rəhbərin, həm Prezidentin, həm XİN rəhbərinin və həm də Azərbaycana qonşu olan əyalətlərdə İmam Cümələrin mövqeyində əksini tapıb və bu bölgədə olan həqiqətlərin hərtərəfli müdafiə edilməsini göstərir: "İran xalqı həmişəAzərbaycan xalqının yanında olub və bu bir strateji qərardır ki, həmişərəsmi mövqe göstərən zaman açıq elan olunub".
M.Xudadi qeyd edib ki, KİV-in vəzifəsi şəffaflıq və dostluq yaratmaq, anlaşılmazlıqlara aydınlıq gətirməkdir:"Mən azərbaycanlı həmkarımı İrana səfər etməyə rəsmi şəkildə dəvət etmişəm, özüm dəhazıram ilk fürsətdəBakıya səfər edim, necə ki ötən ay Türkiyəyə səfər etmişdim. İranla Azərbaycan arasında əlaqələr çox dərin və zəngidir. Hər hansı sual və ya xəbər bu əlaqələrə kölgə sala bilməz.Əlbəttə, Azərbaycan və İran xalqının həmrəyliyini istəməyən müxalif qüvvələr var. Həmişəkimlərsəiki ölkənin əlaqələrinin yaxınlaşmasından özünə təhlükə hiss edirlər".
O bildirib ki, bəzi KİV ikitərəfli əlaqələrin inkişafınamüsbət təsir göstərdiyi halda, bəziləri dəəlaqələri korlamağa çalışır: "Azərbaycan və İran arasında əlaqələrin dərin və qədim keçmişə əsaslanmasını nəzərə alaraq düşünmürəm ki, həmin cərəyanlar iki ölkənin əlaqələrinə ziyan vura bilsin. Biz ölkənin KİV-i üzrə məsul şəxs kimi, Azərbaycan hökumətinə müxalif KİV-in ölkəmizdə fəaliyyətinə icazə verməmişik, Azərbaycandan da həmişə bunu gözləyirik".
Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyimətbuat konfransında iranlı jurnalistin sualı ilə bağlı baş verənlərətoxunan M.Xudadi qeyd edib ki, jurnalistin sualı İranın mövqeyi deyil: "İranın mövqeyini bir jurnalist və ya bir mətbu orqanı bəyan etmir. Jurnalistlər öz baxışlarını və aid olduqları mətbu orqanın baxışlarını təmsil edirlər.İranın mövqeyi dövlətin və müxtəlif rəsmilərin Azərbaycan haqqında verdiyi açıqlamalardır".
M. Xudadi bildirib ki, İran KİV-i Azərbaycanla həmrəy, İran Azərbaycanla dostluğa sadiqdir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında iranlı jurnalistə qərəzli sualına görə irad bildirib.
İranın "Mehr” xəbər agentliyinin əməkdaşının İkinci Qarabağ müharibəsi zamanı regionda terrorçu qrupların mövcudluğuna dair əsassız, heç bir mənbəyə əsaslanmayan sualı ilə bağlı Azərbaycan Prezidenti bildirib ki, deyilən sözün, ittihamın arxasında durmaq lazımdır. Dövlət başçısı jurnalistə spekulyasiya ilə məşğul olmamağı, belə şayiələr yayarkən daha məsuliyyətli olmağı tövsiyə edib.
banner

Oxşar Xəbərlər