• cümə axşamı, 25 aprel, 08:35
  • Baku Bakı 14°C

Jurnalisti vurdu, üz istədi və qovuldu

22.06.20 13:30 800
Jurnalisti vurdu, üz istədi və qovuldu
Rusiya çempionatının 23-cü turunda keçirilən "Lokomotiv” – "Orenburq” qarşılaşmasından əvvəl insident baş verib.
Kaspi.az xəbər verir ki, stadionun stüardı "Sport ekspress” qəzetinin əməkdaşı Yevgeni Belausovu döyüb. Jurnalist, oyun başlamasına 1,5 saat qalmış videoçəkiliş edib.
Stadionun Ruslan adlı əməkdaşı qaçaraq ona yaxınlaşıb, çəkilişə dayandırmağı tələb edib və jurnalisti itələyib.
Jurnalist mətbuat mərkəzinə qayıtmaq istəyib, amma əməkdaş onu təqib edərək bu dəfə sifətinə zərbə vurub. "Lokomotiv”in mətbuat xidməti hadisəyə dərhal reaksiya verib.
Bildirilib ki, əməkdaş jurnalistdən şəxsən üzr istəyib və işdən qovulub.
banner

Oxşar Xəbərlər