AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Joao Suareş: “ATƏT Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artırır”

Joao Suareş: “ATƏT Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artırır”

Siyasət
06 May 2013, 17:08 1546
“ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərini artırır və məsələni daim diqqətdə saxlayır”.

APA-nın məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareş Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ilə görüşü zamanı deyib.

Azərbaycana, o cümlədən regiona ilk dəfə səfərini etdiyini xatırladan J. Suareş bildirib ki, Dağlıq Qarabağ münaqişəsi regionda tezliklə həllinə ehtiyac olan vacib məsələdir və bununla bağlı ATƏT-də lazımı işlər gedir.

O bu məsələ ilə bağlı ATƏT PA-da müvafiq komitənin lazımı işlər apardığını da bildirib. Görüş zamanı qarşılıqlı, ikitərəfli əməkdaşlıqdan da danışılıb.

O. Əsədov Azərbaycan parlamentinin fəaliyyəti, Azərbaycanın başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsi barədə söz açıb.