• cümə axşamı, 28 mart, 22:05
  • Baku Bakı 13°C

“Əjdahanın evi” serialı izləmə rekorduna imza atıb

24.09.22 00:45 858
“Əjdahanın evi” serialı izləmə rekorduna imza atıb

“Əjdahanın evi” serialı 29 milyon tamaşaçı ilə yeni rekorda imza atıb.

AZƏRTAC xəbər verir ki, bütün zamanların ən çox izlənilən və populyar istehsallarından olan “Taxt-Tac oyunları”nun əvvəlindən bəhs edən “Əjdahanın evi” serialı artıq 3 faiz daha çox tamaşaçı toplayıb.

Serialın ilk seriyasını bütün platformalarda təqribən 10 milyon tamaşaçı izləyib. İkinci hissəni izləyənlərin sayı isə 10,2 milyon nəfər təşkil edib. On milyon baxışla serial HBO-nun indiyə qədərki ən böyük premyerası olub.

banner

Oxşar Xəbərlər