AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İzmirdə güclü zəlzələ olub, azı bir bina çöküb

İzmirdə güclü zəlzələ olub, azı bir bina çöküb

Cəmiyyət
30 Oktyabr 2020, 16:41 142

Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub.

"Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanın ocağı 16,54 km dərinlikdə olub.

Zəlzələ Bakı vaxtı ilə 15:54-də baş verib.

Zəlzələ nəticəsində Bayramlı rayonunda bina çöküb.

"Report” "Anadolu”ya istinadən xəbər verir ki, hadisə ilə əlaqədar axtarış-xilasetmə işlər başlanıb.