• cümə, 19 Aprel, 10:52
  • Baku Bakı 13°C

İyunun 15-də metro fəaliyyətini davam etdirəcək - RƏSMİ

14.06.21 17:00 249
İyunun 15-də metro fəaliyyətini davam etdirəcək - RƏSMİ
İyunun 15-də Bakı Metropoliteni fəaliyyətini davam etdirəcək.
BunuTrend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, 15 İyun - Milli Qurtuluş Günü bayram kimi qeyd edilsə də, həmin gün metronun fəaliyyətinin dayandırılması ilə bağlı heç bir qərar olmayıb: "Ümumilikdə iyun ayı ərzində metro stansiyaları hər gün səhər saat 06:00-dan 00:00-dək fəaliyyətini davam etdirəcək. İyun ayının 16-da isə futbol üzrə Avropa Çempionatının Bakıda keçiriləcək növbəti oyunu ilə əlaqədar azarkeşlərin vaxtında mənzil başına çatdırılması üçün Bakı metropoliteninin stansiyaları gecə saat 02:00-a qədər fəaliyyət göstərəcək".
banner

Oxşar Xəbərlər