• cümə, 19 Aprel, 21:24
  • Baku Bakı 24°C

İyulda 168 partlamamış hərbi sursat zərərsizləşdirilib

01.08.20 13:30 548
İyulda 168 partlamamış hərbi sursat zərərsizləşdirilib
Cari ilin iyulunda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Cəbrayıl, Füzuli, Goranboy, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, Xocavənd, Qazax, Şabran, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərlərində 729 min 711 kvadratmetr (72,97 ha) ərazi yoxlanılıb, 168 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd tank əleyhinə mina (cəmi 171 ədəd) və 9849 ədəd müxtəlif çaplı patronlar aşkarlanaraq zərərsizləşdirilib.
ANAMA-dan bildirilib ki, əməliyyatlarda 490 nəfər əməliyyat heyəti, 115 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.
İyulda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 6, Daxili İşlər Nazirliyinin "102” Xidməti-Zəng mərkəzi sistemindən 62, Dövlət Sərhəd Xidmətindən 4, Rayon Polis şöbələrindən 3 müraciət daxil olub (cəmi 75 çağırış). Müraciətlər əsasında Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə 68 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, Qazax, Şabran, Tovuz rayonları, Bakı, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 15 min 267 kvadratmetr ərazi yoxlanılıb, 85 ədəd partlamamış hərbi sursat, 3 ədəd tank əleyhinə mina (cəmi: 88 ədəd) və 9849 ədəd müxtəlif çaplı patronlar aşkarlanaraq yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.
Ümumiyyətlə, Agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 545 milyon 516 min 393 kvadratmetr (54 551,64 ha) ərazi təmizlənib, 807 min 985 ədəd mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.
banner

Oxşar Xəbərlər