İxraca dair müqavilələr imzalanıb
Məlumat verildiyi kimi, Azərbaycan
məhsulları Moskvada keçirilən "Prodexpo 2019” beynəlxalq ərzaq sərgisində nümayiş
olunur.
Artıq sərgidə iştirak edən Azərbaycan
şirkətləri ilə xarici tərəfdaşları arasında aparılan müzakirələrin nəticəsi
olaraq Azərbaycan məhsullarının ixracına dair bir sıra razılıqlar əldə olunub.
Belə ki, Azərbaycanın "Azhazelnut”
şirkəti 21 ton fındığın, "A+Co” şirkəti isə 20 ton şərabın Rusiyaya ixracına
dair müqavilələr imzalayıblar. "Cəlilabad Şərab-2” şirkəti isə iki Rusiya şirkəti
arasında 100 min şüşə şərabın ixracına dair razılıq əldə olunub.
Bundan başqa, Azərbaycanın "Gilan
Agro and FMCG Group” şirkəti konserv məhsullarının, "Cuve” şirkəti fındığın, "Aznar”
şirkəti nar şirəsinin, "D fruits” şirkəti konservləşdirilmiş meyvə və meyvə
qurularının, "Tac” şirkəti sərinləşdirici içkilərin, "Buta Agro” şirkəti isə
istehsal etdiyi meyvə və tərəvəzin Rusiyaya ixracına dair razılığa gəliblər.
"Prodexpo 2019”
beynəlxalq ərzaq sərgisi fevralın 15-ə kimi davam edəcək.