AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İvanişvili Azərbaycan prezidentini Gürcüstana dəvət edib

İvanişvili Azərbaycan prezidentini Gürcüstana dəvət edib

Siyasət
25 Dekabr 2012, 14:53 1982
Gürcüstanın baş naziri Bidzina İvanişvili Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. Lent.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, baş nazirin təbrik məktubunda deyilir: “İcazə verin, doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırım, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və bütün səylərinizdə ən böyük uğurlar arzulayım.

Gürcüstanla Azərbaycan Respublikası bir-birinə dərin tarixi tellərlə bağlıdır, münasibətlərimiz dostluğa, hörmətə və qarşılıqlı dəstəyə əsaslanır. Mən Gürcüstanın yeni baş naziri kimi əminəm ki, birgə səylərimizlə əlaqələrimizə yeni təkan verəcəyik və ölkələrimiz arasında strateji tərəfdaşlıq xalqlarımızın tərəqqisinə və rifahına, regionda sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verməklə keyfiyyətcə daha yüksək səviyyəyə qalxacaq.

Dekabrın 26-da Bakıda keçirəcəyimiz ilk görüşü çox böyük səbirsizliklə gözləyirəm. Bu fürsətdən istifadə edərək münasib bildiyiniz vaxtda Sizi Tbilisiyə dəvət etmək istərdim. Zati-aliləri, bu düşüncələrimlə icazə verin ən yüksək ehtiramımı sizə çatdırım”.