• bazar ertəsi, 06 may, 06:31
  • Baku Bakı 13°C

“ITE Azerbaijan” “Microsoft”un rəsmi qlobal təlim tərəfdaşı oldu

03.05.21 19:23 1313
“ITE Azerbaijan” “Microsoft”un rəsmi qlobal təlim tərəfdaşı oldu
"Microsoft” şirkəti "ITE Azerbaijan” Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzini təhsil profili üzrə özünün rəsmi qlobal təlim tərəfdaşı kimi qeydiyyatını təsdiqləyib. "ITE Azerbaijan”dan kaspi.az-a verilən məlumata görə, uzun müddətdir ki, Azərbaycanda müəllimlərin İKT savadlılığının artırılması və təhsildə İKT-nin tətbiqi istiqamətlərində İTE və "Microsoft" şirkəti əməkdaşlıq edir. Bu əməkdaşlıqlar çərçivəsində minlərlə müəllimin təkmilləşdirilməsi və mütərəqqi bilik və bacarıqlara yiyənləməsinə nail olunub. Bu tərəfdaşlıq öyrənmək üçün texnoloji imkanlardan səmərəli istifadəni artırmağı hədəfləyir və müəllim, həmçinin təhsil liderlərinin təlim tərəfdaşları və təhsil konsultantları ilə əlaqəsini təmin etmək məqsədi daşıyır.
Ona görə, sözügedən tərəfdaşlıq istiqamətində təhsilverənlərə ixtisasartırma təlimləri verilməsi ilə yanaşı, onların texnoloji vasitələrdən istifadə bacarıqları da inkişaf etdirilir.
Qeyd edək ki, ITE tərəfdaşlıq çərçivəsində 2 kateqoriya üzrə nişan alıb: "Qlobal təlim tərəfdaş" proqramı iştirakçısı və "Minecraft Qlobal" təlim tərəfdaşı.
Xatırladaq ki, 2012-ci ildə təsis edilmiş Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi təhsilverənlərin və təhsil sahəsinin liderlərinin potensialının gücləndirilməsi, öyrətmə və öyrənmə prosesinin inkişafı, təhsilin yeni paradiqmalar və yenilikçi strategiyalar əsasında formalaşmasına dəstək verir.
Link:
banner

Oxşar Xəbərlər